İlqar Muradov səssizliyini pozacaq FOTO

İlqar Muradov səssizliyini pozacaq FOTO

Əməkdar artist İlqar Muradov sənətində yaratdığı kiçik fasiləni mini konsertə pozacaq. Bu barədə SİA-ya konsertin təşkilatçısı Aynur Hacıyeva məlumat verib. O, bildirib ki, fevralın 20-də əyləncə məkanlarının birində nəzərdə tutulan konsert İlqar Muradovun dinləyiciləri üçün əsl bayram olacaq. Uzun zamandır səsi lent yazılarnda daha çox eşidilən əməkdar artist artıq konsertinin məşqlərinə başlayıb: "İlqar Muradovun dinləyici kütləsi genişdir. Konsert təklifini edəndə, tərəddüd etmədən razılaşdı. Maraqlı konsert olacaq. Yeni mahnılar, klassk ifalar İlqar Muradovun canlı ifasında eşidiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə