Dünya ulduzları pərəstişkarların və media nümayəndələrinin hədəfinə tuş gəlməmək məqsədi ilə qaldıqları otellərdə və restoranlarda saxta adlardan istifadə edirlər. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, kimliklərini gizli saxlamağa çalışan məşhurlar çox vaxt özlərini sevdikləri cizgi filmi qəhrəmanlarının adları ilə və ya təsadüfi isimlərlə təqdim edirlər.
Gerçək kimliklərini gizləyən həmin məşhurları təqdim edirik:
Müğənni və model Paris Hilton cizgi filmi qəhrəmanı olan Tinkerbell adından istifadə edir.
.jpg)
Aktyor Tom Hanks otellərdə qaldığı zaman özünü Harry Lauder adı ilə təqdim edir.
.jpg)
Müğənni Justin Timberlakenin seçdiyi ad olduqca maraqlıdır. Belə ki, məşhur öz adının iki sözünə sinonim olan Woodpond ismindən istifadə edir.
.jpg)
Müğənni Justin Bieber də əsl kimliyini gizləyən sənətçilərdəndir. Onun otellərdə qalarkən işlətdiyi saxta ad "Friends" serialının qəhrəmanı Chandlerdir.
.jpg)
Müğənni Nicole Scherzinger kimliyini gizlətmək məqsədi ilə "Simpsons" cizgi filmindəki Edna Krabappel xarakterinin adı ilə özünü təqdim edir.
.jpg)
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB