Əməkdar artist Elnarə Abdullayeva yenidən konsertə hazırlaşır. SİA-ya bu haqda ifaçının prodüseri Asif Kərimov xəbər verib: "Elnarə Abdullayeva mart ayının 26-da "Muğam məqamı" adlı konsert proqramı ilə çıxış edəcək. O, ötən ildəki kimi Heydər Əliyev Sarayında səhnəyə çıxacaq. Hazırda Elnarə xanım konsertin məşqlərini edir. Bu ilki konsertimiz ötən illə müqayisədə sadə olacaq. Belə ki, xanəndə xalq çalğı alətləri ansamblı ilə qəzəllər, muğamlar səsləndirəcək. Klassik əsərlər oxumayacaq. Onu da deyim ki, konsertdə dəvətlilər arasında fəxri qonaqlarımız da olacaq".
Qeyd edək ki, əməkdar artistin martın 26-da, Heydər Əliyev Sarayında olacaq konsertinə biletlərin qiyməyi 20-80 manata kimidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB