Əli Mirəliyev: "Tacirin ritmi yoxdur, ara müğənnisidir" QALMAQAL

Əli Mirəliyev: "Tacirin ritmi yoxdur, ara müğənnisidir" QALMAQAL

Müğənni Əli Mirəliyev verilişlərin birində özü haqda maraqlı fikirlər səsləndirib. O, anasının ona dediyi sözləri söyləyib: "Anam deyirdi ki, səndən oxuyan olmayacaq. Amma bir gün evə gələndə gördüm ki, anam radioda mənə qulaq asır. İfamı dinlədikcə "Səsinə qurban" deyir. Amma eşitdiyimdən xəbəri yox idi. Məni görən kimi başladı ki, "O, nədir oxuyursan?".

Ə.Mirəliyevin efirdə səsləndirdiyi bu sözlərə telefonla əlaqə yaradan müğənni Tacir Şahmalıoğlu münasibət bildirib: "Sizin ananıza qurban olum, gözəl fikir söyləyib. Heyif onun fikrinə əməl etməmisiniz".

Həmkarının bu sözlərinə əsəbləşən qarşı tərəf SİA-ya açıqlama verərək onu "yıxıb-sürüyüb": "Tacir anamın dediyi fikirləri anlamadı. Anam ifamı yanımda pisləsə də, hər zaman səsim xoşuna gəlib. Mənim müğənni olmağım üçün heç bir qohumum dəstək olmayıb. Çünki oxumağıma narazı idilər. Amma Tacirin efirdə səsləndirdiyi bu sözlər məni əsəbləşdirdi. Onun mənim haqqımda mənfi rəy bildirməsinə səbəb Tacirin səsləndirdiyi bəstəyə "Azərbaycan mahnısı oxu"deməyim olub. Çünki Tacir ara mahnıları ifa edir. O, Üzeyir Hacıbəyov janrında oxumur. Tacir Şahmalıoğlunun müğənni kimi ritmi yoxdur. Ritmi olmayan insan sənətçi ola bilməz. Əməkdar artist Teymur Əmrah belə ona dərs keçməkdən imtina edib. Çünki o da görüb ki, Tacir ritmi hiss etmir. Elə bil ki, özü üçün oxuyur. Ansambl ilə belə uyğunlaşmır. Sözügedən müğənni kimilərin ucbatından Azərbaycan musiqisi pis hala düşüb. Hətta mənim kimi möhürü olan sənətkarı bəyənmir. Onun mənim səsim haqda mənfi fikir söyləməsi çox gülməlidir ".

Bütün xəbərlər Facebook səhifəmizdə