Mahsun Kırmızıgülün tez evlənməsinin səbəbi bəlli oldu

Mahsun Kırmızıgülün tez evlənməsinin səbəbi bəlli oldu

Müğənni Mahsun Kırmızıgülün bir ildir bilikdə olduğu vəkil Ece Binayla tez bir şəkildə evlənməsinin səbəbi açıqlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Los-Ancelesdə sadə nikahla ailə quran cütlüyün bu tələsik qərarı Binayın hamilə olması ilə bağlı imiş. Onun 3 aylıq hamiləliyi və əkiz uşaq dünyaya gətirəcəyi məlum olub. Cütlük Los-Ancelesdə bal ayından sonra Türkiyəyə dönəcək.

Qeyd edək ki, M.Kırmızıgül 23 il sonra ikinci dəfə ata olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə