Türkiyəli müğənni Hatice sərxoş halda polis əməkdaşları tərəfindən saxlanılıb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbərə görə, ifaçı sürücülük vəsiqəsindən məhrum edilib. Etilerdə polis yoxlamaları zamanı ifaçı əvvəlcə alkoqolmetrə üfürmək istəməyib. Yol polisinin təkidi ilə cihaza üfürən Haticenin 75 promill sərxoş olduğu üzə çıxıb. Sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınan Hatice polisə hədə-qorxu gəlməyə başlayıb.
O, "Siz mənim kim olduğumu bilirsiniz? Sizi sürgün etdirərəm. Pulunuz qurtarıb ki, vəsiqələrimizə əl qoyursunuz?" deyərək, hay-küy salıb. Hatice daha sonra rəfiqəsini çağıraraq, onun avtomobili ilə evə qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB