Mickey Rourke tanınmaz hala düşüb FOTOLAR

Mickey Rourke tanınmaz hala düşüb FOTOLAR

Məşhur Hollivud aktyoru Mickey Rourke tanınmaz hala düşüb. SİA-nın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, Beverly Hillsdə köpəyi ilə gəzintiyə çıxan 63 yaşlı aktyoru görənlər tanımayıb. Onun bu vəziyyətə düşməsinə səbəb sağlıqsız həyat yaşaması və keçirdiyi saysız estetik əməliyyatlar olub.

Qeyd edək ki, gənclik illərində boksla məşğul olan sənətçi yarış zamanı keçirdiyi beyin sarsıntısından sonra idmandan uzaqlaşaraq aktyorluğa başlayıb. Üzündəki zədə izlərindən estetik əməliyyatla xilas olmaq istəyən məşhur nəticədə, daha da pis fəsadlarla üzləşib. O, jurnalistlərin sualına cavab olaraq, yanlış cərraha müraciət etdiyini, buna görə də üz cizgilərinin bu hala gəldiyini bildirib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə