Kənan M.M.-dən duyğuları paramparça edən film

Kənan M.M.-dən duyğuları paramparça edən film

Xeyli müddətdir rejissor Kənan M.M.-in çəkdiyi "Qayıdış" adlı yeni filminin reklam çarxı artıq hazırdır. SİA-nın məlumatına görə, rejissor özünün də rol aldığı filmdən danışıb:" "Qayıdış" aprelin 14-dən etibarən kinoteatrlarda nümayiş olunacaq. Hər kəsin duyğularını paramparça edəcəyim üçün indidən bütün tamaşaçılardan üzr istəyirəm. Filmi izləməyə dəsmalla gəlməyi unutmasınlar".

Qeyd edək ki, filmdə aktyorlar Anar Heybətov, Günəş Mehdizadə, Samir Qulamov rol alıb. Operatorluğunu Nadir Mehdiyevin etdiyi ekran işinin bəstəkarı Nailə Mirməmmədlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə