Samiraldo: "Polislər məni təhqir edib, cərimə ödətdirdilər" FOTO

Samiraldo: "Polislər məni təhqir edib, cərimə ödətdirdilər" FOTO

Stilist Samiraldonun sosial şəbəkələrdə avtomobilinin şəklini paylaşaraq, "Yekə başlar menim qızımı qaçırıblar. Mənim qızımı apardığın yerdə sənin görüm təkərin qurusun" sözləri yazması hər kəsin marağına səbəb olub.

Məsələ ilə bağlı stilistin özü ilə əlaqə saxladıq. SİA-ya hirsli şəkildə açıqlama verən Samiraldo maşınının cərimə meydançasına aparıldığını bildirib: "Avtomobilimi ödənişli dayanacaqda saxlamışdım. Birdən gördüm ki, polislər aparır. Ayaqyalın maşınımın yanına qaçıb, polislərə əngəl olmaq istədim. Lakin cəhdim boşa çıxdı. Polislərlə birgə cərimə meydançasına getdim. Orada məni polis əməkdaşlarının əsəbləşdirdikləri azmış kimi, üstəlikdə təhqir etdilər. Halbuki heç bir qayda pozuntusuna da yol verməmişdim. Haqlı olduğum halda polislər mənə 40 manat cərimə ödətdirdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə