Prodüser: "Şou-biznesdə mənliyini məşhurluğa və pula görə itirənlərin şahidi oldum"

Prodüser: "Şou-biznesdə mənliyini məşhurluğa və pula görə itirənlərin şahidi oldum"

Prodüser Roland Bayramov özündən çıxıb. SİA-nın verdiyi xəbərə görə, Roland bəzi şou-biznes nümayəndələrini iki üzlü adlandırıb: "1999-2016-cı ilə qədər şou-biznesdə çalışdığım bu müddət ərzində hər simada insan gördüm. Amma normal insanın bir üzü olar. Mənliyini məşhurluğa və pula görə itirənlər, şəxsiyyət vəsiqəsi alıb şəxsiyyətsiz olanlar, kimlərinsə arxasınca danışıb üzünə tərifləyənlər, bir sözlə bu şou-biznesdə hər çirkinliyin şahidi oldum. Təbii ki, hamını nəzərdə tutmuram. Bu sənətdə yaxşılar da , özlərinə hörmət qoyanlar da var. Amma təəssüf ki, yaxşı insanlar azdır və o dediyim şəxsiyyətsizlərə görə arada normal incəsənət nümayəndələrinin adı da lazmsız mövzularda hallanır".

Bütün xəbərlər Facebook səhifəmizdə