Məşhur aktrisa aşpaz olacaq FOTO

Aktrisalıqla yanaşı aşpazlıq kursuna da gedən Hazal Kaya İtaliyada arzusunda olduğu restoranı açmaq qərarına gəlib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, son olaraq Aras Bulut İynemliyle "Maral" serialında rol alan aktrisa arzusunu gerçəklətdirmək istəyib.

Hazal 2014-ci ildə aldığı aşpazlıq təhsilini davam etdirmək üçün İtaliyaya gedib. İtalyan Liseyi məzunu olan Kaya "Ən böyük arzum İtaliyada yaşamaqdı. Aşpazlıq təhsilimi orada davam etdirəcəm. Sonra isə İtaliyada öz restoranı açacam. Hazırda bunun üçün məkanlara baxıram" deyə, bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə