Tolik fəxri ada layiq görüldü FOTO

Prodüser Tarix Əliyev (Tolik) Dağıstanın "əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. SİA-nın verdiyi xəbərə görə, bu haqda Tolik şəxsi "İnstagram" səhifəsində qeyd edib: "Məni Dağıstanın prezidenti Ramazan Abdulatipov bu mükafata layiq gördüyü üçün təşəkkürümü bildirirəm. Allah hər kəsin əziyyətinin bəhrəsini versin. Çox sevindim".

Qeyd edək ki, Toliki əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi münasibəti ilə şou-biznesin tanınmış simalarından Sevil Sevinc bacıları, Nazənin və bir çoxları təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə