Aytac onu "Unuda bilmədi"

Aytac Vidadiqızı sevənlərə mahnı həsr edib. SİA-nın verdiyi xəbərə görə, müğənni dillər əzbəri olan "Unuda bilmirəm" mahnısını yeni oranjemanda ifa edib: " Sözügedən bəstə təmiz sevgidən yaranan mahnıdır. Ürəyində sevgi olmayan şəxs "Unuda bilmirəm" musiqisi ürəkdən ifa edə bilməz. Mahnının maraqlı tarixçəsi də var. Bəstənin sözləri Novruz Gəncəlinindir. O, dostu, musiqiçi Hacıbala Həsənovgilə gəlir və təsadüfən vaxtilə sevdiyi xanımla rastlaşır. Bu görüşdən sonra o, məhz "Unuda bilmirəm" mahnısının sözlərini yazır. Sözləri oxuyan Novruz Gəncəli isə ona mahnı yazır. Bu tarixçə məni daha da ilhamlandırdı. Yəni, illər keçsə də, saf sevgi ölmür. İnanıram ki, ifamda mahnını sevən hər kəs bəyənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə