"Kiralık aşk" serialından ayrılan Leyla Lidia Tuğutlu yeni ekran işində baş rola çəkiləcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa "Tatlı intikam" adlı yeni seriala başlayır. Ekran işində baş rolları Leyla Lidia Tuğutlu, Furkan Andıç, Can Nergis, Hazal Türesan və Zeyno Gönenç canlandıracaq.
"Tatlı intikam"ın Sevgililər gününə özəl hazırlanan reklam çarxı təqdim olunub. Yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək serial Pelinin toy günü evlənəcəyi insan tərəfindən tərk edilməsi ilə başlayacaq.
Qeyd edək ki, Leyla Lidia Tuğutlu bu serial üçün "Kıralık aşk"dan ayrılıb. Aktrisa sözügedən ekran işində İz obrazını canlandırırdı.

(1).jpg)
(1).jpg)
(1).jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB