Hər kəs kimi, tanınmış simalar da 14 fevral Sevgililər günündə sevdikləri ilə birgə vaxt keçirərək, hədiyyələr alıblar.
Məşhurların bayram fotolarını təqdim edirik:
Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə sevgilisi üçün aldığı hədiyyənin şəklini paylaşaraq "Mən ona demək istəyirəm ki, səni çox sevirəm" sözlərini yazıb.
.jpg)
Müğənni Gülay Zeynallıya idmançı həyat yoldaşı Kamil Zeynallı gül dəstəsi bağışlayıb. Sənətçi fotosunu "Xanımlarımıza yalnız qadın xoşbəxtliyi arzulayıram" şərhi ilə paylaşıb.
.jpg)
Aparıcı İlkin Həsəni sevgilisinə aldığı gül dəstəsinin şəklinə "Dedim ki, mən səni hər gün sevirəm. Dedi, yaxşı" sözlərini qeyd edib.
.jpg)
Müğənni Natavan Həbibi özəl gündə sırğa və üzük hədiyyə alıb. O, hədiyyəsini "Mənim hədiyyəm gəldi. Deyin mübarəkdir" sözləri ilə paylaşıb.

Müğənni Samir Piriyev həyat yoldaşı Anara üçün "A" formasında gül dəstəsi hazırlatdırıb.

Müğənni Elvin Abdullayev həyat yoldaşı Afətlə birlikdə şam yeməyinə çıxıb. O, birlikdə çəkdirdikləri şəkli "Sevginiz heç zaman bitməsin. Həmişə seviləsiniz əzizlərim" şərhi ilə paylaşıb.

Aparıcı Zemfira Adıgözəlova Sevgililər günündə aldığı gül dəsti və tortunun şəklinə "Sevgilim, diqqətinə görə çox sağ ol" sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB