Rəqqasə Fatimə Fətəliyevanın ağır xəstəliyə tutulması xəbəri yayılıb. SİA-nın verdiyi xəbərə görə, Fatimə səhhətində hər şeyin normal olduğunu qeyd edərək adi qrip olduğunu bildirib: "Son zamanlar mənim haqqımda sağlamlığımla bağlı ağlasığmaz rəy formalaşdırmağa çalışırlar. Guya ağır xəstəyəm. Bəli, qrip olmağımla bağlı müsahibə vermişəm. Bunu şişirdib ediblər, pis xəstəlik. Başa düşmürəm adi qrip nə vaxtdan ağır xəstəlik olub? Dostlar, bunlar sadəcə boş şayiələrdir. Mən sağlamam və işlərimin başındayam. Hələ sizlərə çox gözəl rəqs hədiyyə edəcəm. Bu söz-söhbət nə sizi, nə də məni ruhdan sala bilməz. Gümraham, sağlamlığımda yerində. Bu günümüzə şükür olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB