Bu gün vizajistin qızının ad günüdür FOTOLAR

Bu gün vizajistin qızının ad günüdür FOTOLAR

Bu gün vizajist Nigar İbrahimovanın qızı Selcanın ad günüdür. SİA-nın verdiyi xəbərə görə, vizajist təəssüratlarını "Facebook" səhifəsində yazıb: "Canım qızım, bir il bundan qabaq mənə gəldikdə gözlərim dolmuşdu. Gözlərin gözümə dəydi, mənim həqiqi ad günüm o vaxtdan oldu. Sən və sənin kimilər hər zaman gülsün. Dünyaya gəlmək əlində deyil, Yaradan yaratmış. Hərə həyat səhnəsində bir rol alır. Pislər nifrətlə, yaxşılar sevgiylə yaşayır. Övladım, sən böyüyəndə sevgi ilə yadda qalmağa çalış. Yoxsa bu dəniz nə uşaqlar udub fərqinə varmadan. Sən əvvəlcə üzməyi öyrənəcəksən ki, boğulmayasan.

Allah hər kəsin övladını pisliklərdən, mərdimazarlardan, nəfsdən uzaq eləsin. Olmayanlara övlad qismət etsin. Uşaqlarımızın xoşbəxt günlərini doyunca görək. Son nəfəsimə qədər gözümü gözündən, əlimi əlindən ayırmayacağam. Varlığın varlığımdır, canım qızım. 1 yaşın mübarək".

1 yaşlı səbəbkarı atası Ruslan Sanıyev də sosial şəbəkədə təbrik edərək "Qızım, 1 yaşın mübarək" sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə