Yoxa çıxan aktrisa yeni kolleksiyası ilə qayıtdı FOTOLAR

Yoxa çıxan aktrisa yeni kolleksiyası ilə qayıtdı FOTOLAR

Aktrisa, müğənni və dizayner Nataliya Oreyro "Matryoşka" adlı yeni kolleksiyasını təqdim edib. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, aktrisanın xeyli vaxtdır yoxa çıxmasına səbəb öz "Las Oreiro" brendinin yeni kolleksiyası üzərində işləməsi olub. Aktrisanın sözlərinə görə, kolleksiyanı rus pərəstişkarlarına həsr edib. Yeni kolleksiyanın bir çox geyimləri gündəlik qarderobda uğurla istifadə ediləcək. Bu, hamı tərəfindən sevilən dar cinslər, rahat trikotaj kostyumlar, yun paltolar və parlaq keyplərdir.

Qeyd edək ki, fotolarda Nataliya Oreyro qədim rus geyimində parça gəlinciklər və balalayka ilə çəkilib.

Həmin şəkilləri təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə