Sevinc Tofiqqızından yenilik FOTOLAR

Bəstəkar Sevinc Tofiqqızı "Həsrətindəyəm" kompozisiyasına klip çəkdirib. SİA-ya açıqlama verən bəstəkar kompozisiyanın yaranmasından bəhs edib: " "Həsrətindəyəm" bəstəsi sənətimdə ən birinci yeri tutur. Bəstəkarlığım bu kompozisiyadan başlayıb. Mən vətənimi çox sevirəm. Qürbətdə olanda Bakı üçün darıxıram. Bunu da həmin ərəfədə yazmışam. Azərbaycan günü-gündən gözəlləşir. Buna görə də ölkə başçımız İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Kompozisiyam vətənini sevənlərə həsr olunub. Ekran işi də vətənpərvərlik mövzusundadır. Klip martda təqdim olunacaq. Ekran işinin təkcə Azərbaycanda yox, xarici ölkələrdə də nümayişi nəzərdə tutulub".

Qeyd edək ki, "Həsrətindəyəm" adlı klipin rejissoru Rauf Sahiboğlu, operatoru isə Mürşüd Vəliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə