Nadir: "Məni səndən ayrı salan, ayrı düşsün vətənindən" FOTO
Müğənni Nadir Qafarzadə vətəni tərk etmək qərarına gəlib. SİA-nın verdiyi xəbərə görə, bu barədə müğənni "İnstagram" səhifəsində yazıb: "Mən yorulmuşam. Ona görə də özüm bir müddət çıxıb gedirəm. Hər şeydən iyrənmişəm. Biri-birinə düşmən kəsilən insanları anlaya bilmirəm. Düşmənimiz erməni ola-ola bir-birimizə qarşı biz ermənidən betər olmuşuq? Axı bizə nə oldu? Niyə bir-birimizə düşmən kəsildik? Bu suallara cavab yoxdur. Ayılın, ey insanlar, ayılın... Onsuzda ömür fanidir. Bu gün yanımızda olanları sabah qəfildən itiririk. Nədir belə bilmədiyimiz? Allahım bizə səbr və dözüm ver, şeytanı içimizdən qov getsin. Unutmayın ki, dava-dalaş olan yerdə ot bitməz. Axı biz başqa xalqlara, millətlərə nümunə ola biləcək azərbaycanlılarıq. Səni Allah qorusun, Azərbaycan! Sənin üçün çox darıxacağam, Vətən! Məni səndən ayrı salan, ayrı düşsün vətənindən. Görürəm ki, çoxlarının yerini dar etmişəm. Mən sənsiz yaşaya bilmərəm, Azərbaycan! Bilirəm ki, saytlar haqqımda haqq, nahaq yazılar verəcək. Heç olmazsa, gec də olsa Allahın olduğunu bilin. Günaha batmayın. Allahın zopası yoxdur ki, göydən endirsin. Vaxtında hər kəs etdiyi səhvə görə cəzalanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB