Nadir Qafarzadə: "Artistlikdən əl çəkin" FOTO

Nadir Qafarzadə: "Artistlikdən əl çəkin" FOTO

Müğənni Nadir Qafarzadə tənqid olunub. SİA-nın verdiyi xəbərə görə, onun tənqid olunmasına səbəb sosial şəbəkədə şəkil paylaşması olub. Nadir onu qınaq obyektinə çevirən izləyicilərinə sərt cavab verib: "Bu bir obrazdır. Görəsən, bu obrazın altında nələr yatır? Artistlikdən əl çəkin, özünüz olun. Biz kimisə aldada bilərik, amma Allahı aldatmaq heç ağlınıza gəlməsin. Həyatda pislik edənlər, ev yıxanlar, işverənlik edənlər, onun-bunun işinə mane olanlar İnstaqramda mələk kimi görünürlər. Bir çox bəzi savadsızlar və avamlar sizə inandı, bəs Allah? Ondan qorxmursunuz? Mənim sözümü anlayan anlayacaq, anlamayansa... "Mən Allaham" deməklə Allah olmur. Heç olmasa insan olun. Dediklərinin 10 faizini əməlində göstər. Mənsə ömür boyu insanlardan qorxmuşam. Geyimə gəldikdə isə, burada çox məna var. Şərhə ehtiyac duymuram. Allah birdir və təkdir. Ondan qorxun. Bir gün əməllərinizin hesabını verəcəksiniz. Unutmayın, yalanlaşar bu yer üzü, bir-birimizi aldatmayaq ".

Bütün xəbərlər Facebook səhifəmizdə