Aşıq Əli inanılmaz addım atdı

Aşıq Əli lirik mahnı lentə aldırıb. SİA-ya danışan ifaçı "Qəribəm" adlı bəstəni efirlərdə səsləndirməyəcəyini söyləyib: "Aşıq olduğum üçün bu ifanı heç kim məndən gözləmirdi. Estrada janrında olduğu üçün mahnıyla bağlı qərar vermişəm. Bu mahnı ancaq radio dalğalarında, saytlarda səsləndiriləcək. Əlimə mikrafon alıb, efirdə səsləndirməyəcəm. Estrada janrı olduğu üçün mənə yaraşmaz. Bunu aşıq olduğum üçün deyirəm. Tənqidlərdən qorxmuram, kimsə nəsə söyləsə fikir bildirəcəm. Amma aşıq sənətinə uyğun görmədiyim üçün belə bir qərar verdim. Bəstənin musiqisi Hacı Nazimə, sözləri Aqşin Fatehə məxsusdur".

Əli aşıq sənətindən də söz açaraq bunları deyib:"Aşıq həm aktyor olmalıdır, həm rəqsi bacarmalıdır, sazı da mükəmməl çalmalıdır. Dastançılıq üçün aktyorluq önəmlidir. Bunlardan biri kasad olanda, natamamlıq özünü biruzə verir".

Bütün xəbərlər Facebook səhifəmizdə