Aygün Kazımova Elza Seyidcahanın yolunu gedir

Aygün Kazımova Elza Seyidcahanın yolunu gedir

Müğənni Elton Hüseynəliyevin xalq artistləri haqda söylədiyi fikirlər Aygün Kazımovanın xoşuna gəlməyib. SİA-nın verdiyi xəbərə görə, Aygün Eltonun tez-tez Flora Kərimovanın sözünü kəsməsinə də əsəbləşib. Ona görə də Aygün sosial şəbəkədə həmkarının ünvanına sərt sözlər deyib: "Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!".

A.Kazımova daha sonra E.Hüseynəliyevə həsr etdiyi şeirini paylaşıb:

"Sən Eltonsan,

Sən ton tonsan.

Mən bilmirəm

Sən nə...san.

Utanmırsan?

Kişi olan Vücudundan,

O boyundan,

Buxunundan?

Sən sevilən Sənətkara,

Əfsanəvi sənətkarın

Yanındaca

Rəy bildirib,

Donquldanıb,

Tullanırsan.

Şıllaq atıb

Hoppanırsan.

Söz atırsan.

Axı niyə?

Axı kimə?

Zərif, incə xanımlara

Qısqanırsan,

Olmaya sən

Elton Consan???".

Bütün xəbərlər Facebook səhifəmizdə