Emre Aydın: “Heç kim mənim şəxsi həyatımla maraqlanmır” FOTOLAR

Emre Aydın: “Heç kim mənim şəxsi həyatımla maraqlanmır” FOTOLAR

Türkiyəli müğənni-bəstəkar Emre Aydın mahnılarından söz açıb. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, ifaçı yaradıcılığı haqqında bunları deyib: "Bəstələdiyim musiqilərin ruh halımla heç bir əlaqəsi yoxdur. Bəzi bəstəkarlar var ki, yalnız kədərli olan zaman mahnılar yazırlar. Mən belə sənətçilərdən deyiləm. Onu da deyim ki, melanxolik musiqilər yazdığım üçün insanlar da haqlı olaraq, məni elə tanıyırlar. Onlar üçün sadəcə mahnı bəstələyən biriyəm. Heç kim bu insan normal həyatında necə biridir deyə düşünmür. Amma bununla bağlı heç bir sıxıntım yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə