Həmyerlimiz Fransanın "Səs" yarışmasında münsifləri heyran etdi
Azərbaycanlı ifaçı Araz Hümbətli Fransanın "Voice" ("Səs") yarışmasında iştirak edib. SİA-nın məlumatına görə, o, Kris Ayzekin (Chris İsaac) repertuarından "Wicked game" mahnısını fərqli tərzdə səsləndirib. Həmyerlimiz tar sədaları altında başladığı ifanı rokla bitirib. Araz münsiflər heyətinin dördünü də özünə tərəf döndərib və o, sonda müğənni Zazieni seçib.
Qeyd edək ki, Bakıda anadan olan 25 yaşlı Araz Fransanın Tuluza şəhərində yaşayır və fransız qadınla evlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB