Mahsun Kırmızıgül sevgilisi ilə ABŞ-da evlənəcək

Mahsun Kırmızıgül sevgilisi ilə ABŞ-da evlənəcək

Müğənni Mahsun Kırmızıgülün bir ildir sevgili olduğu Ece adlı jurnalist xanımla evlənəcəyi gün bəlli olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük fevralın 13-də ABŞ-da nikah masasına əyləşəcək. Los-Ancelesdə təşkil olunacaq mərasimə ulduz cütlük Kənan Doğulu və Beren Saatla birgə 30 nəfər dəvət edilib.

Mahsun və sevgilisi açıq səma altında keçiriləcək toydan bir gün əvvəl ABŞ-a gedəcək. Onlar qonaqlarından toyun gizliliyinə riayət etmələrini xahiş ediblər. Müğənninin 5 min dollarlıq üzüklə evlənmə təklif etdiyi sevgilisi ilə toyu haqda Mahsun "xəyalımdakı toyu xəyalımdakı qadınla edirəm" -deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə