Məhşur model vəfat edib FOTOLAR

İnstagramda paylaşdığı şəkilləri ilə məhşur olan amerikalı model Katie May vəfat edib. SİA-nın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, 34 yaşında insult keçirən modelin ölümü ailəsini yasa boğub.

Katie Mayin insult keçirib xəstəxanaya yerləşdiriləndən bir neçə saat öncə social şəbəkədə paylaşdığı yazı sonuncu mesajı olub: "Ümid edirəm ki, hər kəs üçün bazar ertəsi gözəl başlayıb. Bura bu gün çox küləklidir".

Qeyd edək ki, paylaşdığı pozları ilə tanınan modelin İnstagram hesabında 2 milyon izləyicisi var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə