Selena Gomez sevgililəri haqqında inanılmaz etiraflar etdi FOTOLAR
Gənc müğənni Selena Gomez jurnalların birinə maraqlı etiraflar edib. SİA-nın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, ifaçı həmkarı Justin Bieberlə olan münasibətinin keçmişdə qaldığını, eks sevgilisindən danışarkən halının pisləşdiyini deyib: "Yaşadıqlarım mənə pis təsir etdi. İlk zamanlar haqqımda danışılanlara əhəmiyyət vermirdim. Düşünürdüm ki, 18 yaşımda münasibət yaşadım və bitdi. Lakin vaxt keçdikcə insanların yanlış fikirləri qəlbimi qırdı. Haqqımda söylənənləri eşidəndə hara gedəcəyimi və nə edəcəyimi bilmədim. Hazırda özümə gəlmişəm. Justinin həyatında da hər şeyin yolunda getməsini istəyirəm".

İfaçı 16 yaşında ikən həmkarı ilə eyni oğlana vurulduğunu da söyləyib: "Aktrisa Miley Cyrus ilə ikimiz serialda rol alarkən Nick Jonasa aşiq olmuşduq. Amma heç vaxt sevgimiz uğrunda dalaşmamışıq. Biz bu halı qəbul edərək problemə çevirmədik".

.jpg)


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB