Tarkan jurnalistləri saymadı FOTOLAR

Tarkan jurnalistləri saymadı FOTOLAR

"Megastar" Tarkan səsyazma studiyasından çıxarkən jurnalistlərin hədəfinə çevrilib. SİA-nın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, ifaçı media mənsublarını görüncə mühafizəçilərini səfərbər edib. Sənətçinin cangüdənləri jurnalistləri maşına yaxınlaşmağa imkan verməyib. Tarkan sürətlə avtomobilinə əyləşərək səsyazma studiyasından uzaqlaşmağa çalışıb. O, maşınının şüşələrini belə açmayaraq, verilən sualları cavabsız qoyub. Əhval-ruhiyyəsi yüksək olan məhşur media nümayəndələrinin könlünü almaq üçün əl sallayaraq, öpüş göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə