Xəyyam İlham Mirzəyev haqda yazdıqlarını təkzib etdi FOTO

Xəyyam İlham Mirzəyev haqda yazdıqlarını təkzib etdi FOTO

Müğənni Xəyyam Nisanov sosial şəbəkədə onun adından aparıcı İlham Mirzəyevin iflic olması haqda yazılan statusa münasibət bildirib. SİA-nın verdiyi xəbərə görö, ifaçı "Xəyyam Nisanov rəsmi səhifə" adlı profilin ona aid olmadığını bildirib: "Sosial şəbəkədən istifadə edirəm. Amma bu statusun yazıldığı profil mənə aid deyil. Mən İlham Mirzəyevi tanımıram. Onunla heç bir yaxınlığım yoxdur".

Qeyd edək ki, saxta profildə "Çox kədərli xəbər eşitdim və dəhşətə gəldim. Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub, sol tərəfi işləmir. Allah şəfa versin" sözləri yazılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə