Həbsxanada olan aparıcı İlham Mirzəyevdən bəd xəbər var. SİA-nın verdiyi xəbərə görə, aparıcı iflic olub. Bu haqda müğənni Xəyyam Nisanov "Facebook"da yazıb: "Çox kədərli xəbər eşitdim və dəhşətə gəldim. Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub, sol tərəfi işləmir. Allah şəfa versin".
Qeyd edək ki, İlham Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. Teleaparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Nərimanov Rayon Məhkəməsi onun təqsirli olduğu qənaətinə gələrək, 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Sonradan Bakı Apellyasiya Məhkəməsi onun barəsində hökmü dəyişib və cəza 3 il 6 aya endirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB