İfaçı arvadı və uşağı üçün 80 minlik villa kirayələdi FOTOLAR
"One Direction" qrupunun üzvü Luis Tomlinson həyat yoldaşı və yeni doğulan uşağının yaxşı yaşaması üçün Los-Ancelesdə lüks ev kirayələyib. SİA-nın xarici KİV-ə istinadən məlumatına görə, o, ABŞ-ın məşhur NLP mütəxəssisi Paul MakKennanın evini tutub. Mülkün öz qiyməti təxminən 34 milyon dollardır. Yeni ata olan müğənni isə ailəsinin o evdə yaşaması üçün hər ay təxminən 80 min dollar ödəyir.
Tomlinson onlarla bir yerdə yaşamasa da, oğlunun anası Brayana Yunqraytın yaşayacağı evə tez-tez gedib gələcək. O, evin lüks olmasını və yüksək dərəcədə mühafizəsinin təşkilini tələb edib.
Qeyd edək ki, bu evdə L.Tomlinsondan əvvəl Keys Riçards, Riçard Gir kimi ulduzlar yaşayıb.
(2).jpg)
(4).jpg)
(1).jpg)
(2).jpg)
.jpg)
.jpg)
(1).jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB