Cavan Zeynallı illər sonra "biznesmen" oldu FOTO

Cavan Zeynallı illər sonra "biznesmen" oldu FOTO

Müğənni Cavan Zeynallı filmə çəkilib. SİA-nın verdiyi xəbərə görə, cazmen dramaturq Ramiz Abdullayevin eyniadlı pyesi əsasında çəkilən "Pasport"da rol alıb. Filmin rejissoru Nail Naiboğludur. C.Zeynallı ekran işində biznesmen obrazını canlandırıb.

O, uzun fasilədən sonra yenidən aktyorluq sahəsinə qayıtması ilə bağlı təəssüratlarını bölüşüb:"Hələ SSRİ vaxtı bir çox filmlərdə çəkilmişəm. Müstəqil Azərbaycanda ilk dəfədir filmə çəkilirəm. Mənim iki peşəm var: müğənni və pianoçu. Nail Naiboğlunun dəvəti ilə yenidən aktyorluq etdim. Xoşuma da gəldi. Dəvət etsələr razılaşaram".

Bütün xəbərlər Facebook səhifəmizdə