Baş nazirdən rejissora cavab Mərhəmətimizə tarix də, millət də şahiddir

Baş nazirdən rejissora cavab Mərhəmətimizə tarix də, millət də şahiddir

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə rejissor Mahsun Kırmızıgül baş vermiş terrorla əlaqədar sosial şəbəkədə Türkiyənin baş naziri Əhməd Davudoğluna müraciət edərək "Yaralı uşaqları və insanları ölümə tərk etmək hansı dində yazılıb? Necə bu qədər zalım, bu qədər mərhəmətsiz oldunuz, ey baş nazir?" sözlərini yazmışdı. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu rejissorun ona ünvanlanmış iradlarına cavab verib: "Əgər zülm görmək istəyirsə, gəlsin ziyarət etdiyim 8 yaşlı Səidin gözlərinin içinə baxsın. Bir sənətçi mənə "zalım" deyə xitab edincə, dönüb aynaya baxdım. Öz-özümlə sorğu-sual etdim. Bu adamı anlamaq istəyirsə, Somaliyə başına sığal çəkilmiş uşaqların yanına getsin. Bizim əlimizdə heç bir məsumun nəinki qanı, göz yaşı belə yoxdur. Kimsə İsrailin, yaxud Əsədin etdiyi kimi, yaxud PKK kimi xalqa zülm etmək istəyirsə, buna səssiz qalacaq qədər soyuqqanlı deyilik. Mən o sənətçiyə səslənirəm: zülm görmək istəyirsə, xəstəxanada ziyarət etdiyim Səidin gözlərinə baxsın. Diyarbakırda həyatını itirənlərin arxasında hansı zalımların olduğunu görsün və "zalım" sözünü kimin üçün istifadə edə biləcəyini düşünsün. Bizim mərhəmətimizə tarix də, millət də şahiddir. Bu postda durduqca, bu uşaqlara kim zülm edəcəksə, onlara qarşı qüdrətimizin səsi də olacaq. Hesabat verməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə