Məhşur cütlüyün ayrılma səbəbi bəlli oldu FOTOLAR

Məhşur cütlüyün ayrılma səbəbi bəlli oldu FOTOLAR

Son zamanlar mətbuatda məhşur top model İrina Shaykin 9 aydır sevgili olduğu aktyor Bradley Cooper ilə ayrıldığı xəbərləri yayılıb. SİA-nın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, məhşur cütlüyün ayrılmasına səbəb aktyorun anası Gloria Compano olub. Onlar ilk vaxtlarda yaxın olsalar da, Compano sevgililərin münasibətinə çox müdaxilə etməyə başlayıb. Həm İrina, həm də Gloria dominant xarakterli olduğundan modeli oğluna uyğun bilməyib. Hər ikisinin Brandley üzərində hakimiyyət qurması münasibətdə problem yaratmağa başlayıb.

Atasını itirəndən sonra anası ilə birgə yaşamağa başlayan Brandley müsahibələrindən birində atasının ölümünün ona çox təsir etdiyini, başqa insana çevrildiyini deyib. Bu hadisədən sonra birgə çıxdıqları tətilə aktyorun anasını da aparması iplərin qopmasına səbəb olub.

Mətbuatda yayılan ayrılıq xəbərlərinə baxmayaraq, cütlük ötən gün birgə getdikləri məkanda görüntüləniblər.

Qeyd edək ki, bundan öncə münasibət yaşayan futbolçu Cristiano Ronaldo ilə İrina Shaykın ayrılmasına da "qayınana" problemi səbəb olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə