İfaçı: "Onları uduzdurub pul qazanırsınız" FOTO

İfaçı: "Onları uduzdurub pul qazanırsınız" FOTO

Müğənni Cem Adriana "O səs Türkiyə" yarışmasını tənqid edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Cem bunları deyib: "Musiqiyə aşiq ruhlara ümi və işıq verirsiniz. Sonra o gözəl insanlar işığa uçan kəpənəklər kimi sizdən kömək gözləyirlər. Siz isə onları sadəcə yarışdırıb, qarşı-qarşıya gətirib, qırıb, sındırıb, bütün sevdiklərinin qarşısında uduzdurub, küsdürüb bununla pul qazanırsınız. Heç birinin xəyalları, ümidləri, keçmişləri və gələcəkləri vecinizə deyil. Bu fani dünyada insanların ümidləri, gözyaşları ilə bəslədiyiniz reytinqlərdən qazandığınız hər maddi şeyin hesabını ödəmənizi istəyirəm...".

İfaçının bu sözlərinə Acun İlıcalı cavab verib: "Bu işdə mənim heç bir payım yoxdur. Münsiflər bu yarışmada çox əziyyət çəkir. Yarışmaçılara xüsusi təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə