Dünya şöhrətli müğənni Rihanna uzun müddətdir fanatı tərəfindən ölümlə hədələnirdi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 27 yaşlı ulduzu öldürməklə hədələyən şəxs sosial şəbəkələrdə Aleksandr və Alek Merker adlarından istifadə edirdi. O hətta Rihannanın Los-Ancelesdəki evinin önündə selfi edərək "Evinin qarşısındayam. Səni öldürəndə özümü daha yaxşı hiss edəcəyəm. Səni silahla öldürəcəyəm. Lisenziyanı da almaq üzrəyəm" yazmışdı. Bu status Rihannanı təşfişə salmışdı. Belə ki, sənətçi polisə müraciət etmişdi.
Araşdırma aparan polislər Rihannanı izləyən manyakı tutub və müalicə olunması üçün psixoloji kliniklaradan birinə yollayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB