Müğənni Aytac Vidadiqızı Türkiyədə reallaşan ilk layihəsini təqdim edib. İfaçı "Bu şəhərdən get" adlı mahnısına klip çəkdirib. Ekran işinin rejissorluğunu Zafer Karakiraz edib.
SİA-ya açıqlama verən Aytac Vidadiqızı Türkiyə şou biznesinə daxil olmağa iddialı olduğunu da əlavə edib:"Bu mənim xaricdə reallaşan ilk klipim olmasa da, Türkiyədə ilk işimdir. Qardaş ölkədə müğənnilərlə əməkdaşlıq edəcəm. Artıq bir mahnımı türkiyəli müğənni Linetə təqdim etmişəm. Bir neçə müğənni də var ki, mahnımı ifa etmək üçün mənə müraciət edib. Hazırda danışıqlar gedir. Hər kəsə hədiyyə mahnı verə bilmərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB