Lalə Məmmədova: "Bu milli mentalitet hamımızın axırına çıxdı" FOTO

Lalə Məmmədova: "Bu milli mentalitet hamımızın axırına çıxdı" FOTO

Əməkdar artist Lalə Məmmədova ötən gün doğuş videosu yayılan müğənni İradə İbrahimovanın həmin videosunu paylaşıb və onun müdafiəsinə qalxıb. SİA-nın verdiyi xəbərə görə, əməkdar artist həmkarına haqq qazandırıb:"Niyə bu video insanlar arasında aqressiya ilə qarşılandı, anlamadım? Bir qadın kimi hər baxdığımda məni kövrəltdi. Atanın, ananın həyəcanı, balaca körpənin qardaş sevinci... Nə deyim, vallah. Bu milli mentalitet hamımızın axırına çıxdı. Allah hamının qəlbinə görə versin. İradə İbrahimova, gözünüz bir daha aydın olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə