İfaçımız "O səs Türkiyə"ni tərk etdi

İfaçımız "O səs Türkiyə"ni tərk etdi

"O səs Türkiyə"nin "Çarpaz qarşılaşmalar" mərhələsinin növbəti günündə Murad Bozun komandasından olan azərbaycanlı iştirakçı Leyla Rəhimova Gökhan-Hakan Özoğuzların komandasındasının iştirakçısı Yusuf Yükseklə qarşılaşıb. SİA-nın verdiyi xəbərə görə, Leyla Muslüm Gursesin repertuarından "Vazkeçmem" mahnısını səsləndirib. İfasının sonunda Ebru Gündeş Leylanın səsinə heyranlığını ifadə edib. Lakin zalda oturan tamaşaçılar "İsyan" mahnısını oxuyan Yusufa daha çox səs veriblər. Həmyerlimiz 41 faiz səslə yarışmanı tərk edən sonuncu azərbaycanlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə