Bəstəkar Ruslan Əhmədoğlu növbəti qalmaqala imza atıb. Ruslan "Qala" qrupu Ceyhunun səsləndirdiyi "Gözəl, gözəl mahnısının plagiat olduğunu iddia edib.
Məsələ ilə əlaqədar olaraq qarşı tərəfin yəni "Qala" qrupu Ceyhunun fikirlərini öyrəndik. SİA-ya açıqlama verən ifaçı bunları dedi: " Youtube kanalında komanda üzvlərim "Gözəl, gözəl" bəstənin sözlərinin və musiqisinin mənə aid olduğunu qeyd ediblər. Lakin həmin mahnının musiqisi mənim deyil, sözlərini mən yazmışam. Əgər bu Ruslanı narahat edirsə, mənə zəng edib, xahiş etsin adımı silim. Təki o yaşasın, kef eləsin. Ruslanda bu qədər vaxt hardadır ki, bütün mahnıları güdür? Sözügedən bəstəkarın nəyinə lazımdır kim nə iş görür? O, mənə ilişməsin. Mən onun üçün o biri müğənnilərdən deyiləm ki, sözümdən qaçım. Ruslan şou-biznesdə yenidir. Qalmaqal yaratmaq istəyir. Ancaq mən Ruslanın yerində olsaydım belə addım atmazdım. Çünki məndə zamanında bu ucuz piyarlara qoşulmuşam, başım daşdan-daşa dəyib. Onun mənə sözü varsa, əlaqə saxlayıb, iradlarını bildirə bilər".
Ceyhun bəstəkarın ötən gün Murad Ariflə də qalmaqal etdiyini xüsusi olaraq vurğulayıb: "Bir müddət öncə Ruslan Əhmədoğlu Murad Ariflə də qalmaqal edib. Onu da plagiatdıqda günahlandırıb. Əsas odur ki, Murad bəstə yazıb, pul qazanaraq ailəsini dolandırır. Heç kimə baş əymir. Mən Muradı dəstəkləyirəm".
Ceyhun yaradıcılığındakı yeniliklərdən də söz açıb: "Əzizim" adlı yeni mahnım hazırdır. Bəstənin sözləri İkram Əliyevin, musiqisi mənim, aranjimanı Tərlan Məmmədhüseynovundur. Bu mahnıma da kimsə irad bildirə bilməz. Heç kimin tənqidi məni sarsıda bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB