Ceyhun: "2005-ci ildə həmkarıma vurulmuşdum"

Ceyhun: "2005-ci ildə həmkarıma vurulmuşdum"

Müğənni və bəstəkar Ceyhun Əliyev şou-biznesdə üç gözəl, dəbli və reytinqli müğənninin adını çəkib. SİA-ya danışan Ceyhun Nura Surini olduqca bəyəndiyini söyləyib: "Nura doğrudan da cazibədar xanımdır. Onun nazı, qəmzəsi, gülüşü, tərzi bir-birini tamamlayır. Reytinqli xanıma gəlincə, düşünmədən Röyanın adının çəkə bilərəm. Röyanın mahnı seçiminə söz ola bilməz. Neçə il əziyyətdən sonra fəxri ada layiq görüldü. Xarici səhnələrə can atır. Mənim üçün gözəl xanım Aygün Kazımovadır. Kim nə deyir desin, Aygün xanım bir dənədir, onu kimsə əvəz edə bilməz".

İfaçı subay vaxtı vurulduğu qız həmkarından da söz açıb: "Subay olanda şou-biznesdən olan xanımlardan birinə vurulmuşdum. Söhbət 2005-ci ildən gedir. İndi də həmin xanım sənətdədir. Sonradan biləndəki bu xanımın şəxsi həyatı xoşagəlməzdir, ondan uzaqlaşdım. Bu, ifadəni hər müğənniyə şamil etmirəm. Halal zəhməti, alın təri ilə pul qazanan nə qədər xanım sənətçilərimiz var. Amma hörmət naminə adını çəkmək istəmədiyim həmin xanımın şəxsi həyatı məni açmadı, bəzi məqamları biləndən sonra ondan uzaqlaşdım".

Bütün xəbərlər Facebook səhifəmizdə