Aygündən Hafizə: “Arvadınla müqayisədə, əsl kişi ilə yatıram”

Aygündən Hafizə: “Arvadınla müqayisədə, əsl kişi ilə yatıram”

Xalq artisti Aygün Kazımova Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin onun ünvanına söylədiyi təhqirə cavab verib. Müğənninin mətbuat katibi İsa Şükürovun Aygün Kazımovanın adından SİA-ya göndərdiyi açıqlamada ifaçı bunları deyib: "Hafiz Hacıyev, sənin arvadının yatdığı kişi ilə müqayisədə, mən əsl kişi ilə yatıram. Hafiz Hacıyevə kişi lazımdır? O, yaxşı bilir əsl kişilər harda olur".

Qeyd edək ki, Hafiz Hacıyev sənətçiyə "Aygünü kim "saxlayır", kim arxasında durursa, jurnalistlər onu axtarıb tapmalıdır və ona deməlidir ki, Aygünün ipini yığsın. Üzr istəyirəm, o, kimlə yatırsa, onu axtarıb tapın. Deyin ki, sevgilini ayağına bağla. Aygünün adını çəkməyə dəyməz, onun adını çəkəndə utanıram", sözlərini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə