Özcan Dəniz müğənnilikdən imtina etməklə 26 milyon ziyana düşdü
Rejissor-aktyor Özcan Dəniz prodüserliyini etdiyi "Her şey aşktan" filminin mətbuat konfransını keçirib. SİA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, sənətçi jurnalistlərin suallarını cavablandıraraq, musiqi karyerasında külli miqdarda qazanc itirdiyini deyib: "Ən çox qazanan müğənnilərdən idim. Əgər müğənnilikdən getməsəydim, indiyədək 50 milyon lirə (təxminən 26 milyon manat) gəlir əldə etmişdim. Yəni, 50 milyondan imtina etdim. Kino musiqiyə nisbətən qazancı az olan sektordur. Üstəlik, prodüser kimi üzərinizə riskli məsuliyyət də götürürsünüz. Bununla belə, kino mənim üçün ideal sahədir".
Qeyd edək ki, Özcan Dəniz 2022-ci ilədək çoxlu layihələr həyata keçirəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB