Şou-biznesdə növbəti BARIŞIQ-FOTO

Şou-biznesdə növbəti BARIŞIQ-FOTO

Xalq artisti Flora Kərimova və müğənni Nadir Qafarzadə toy məclislərinin birində üz-üzə gəlib. SİA-nın verdiyi xəbərə görə, küsülü olan ifaçılar barışıb. İlk barışıq addımını N.Qafarzadə atıb: "Xeyir işdə Flora xanımı gördüm. Aramızda inciklik olsa da, yaxınlaşıb görüşməyi özümə borc bildim. Elə də etdim, mən onu sevirəm. Yaşa dolduqca həyata baxışım dəyişir. Heç kimlə küsülü qalmaq istəmirəm. Qorxuram ki, qəfil dünyadan köçərəm, kimdənsə küsülü gedərəm. Bir-birinizin qədrini bilin, onsuzda dünya fanidir".

Qeyd edək ki, F.Kərimovanın N.Qafarzadə üçün dediyi "Sənə çörəyi mən vermişəm" sözləri sənətçini özündən çıxarmışdı. N.Qafarzadə xalq artistinə sərt cavab vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə