Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı haqda etiraf edib. SİA-nın verdiyi xəbərə görə, aparıcı bu haqda "İnstagram" səhifəsində yazıb: "20 il sonra dönüb arxaya baxanda, etdiklərimizə deyil, etmədiklərimizə təəssüflənəcəyik. Allah heç kimə "Kaş mənə verilən bu əmanət həyatı hədər etməzdim" deməyi nəsib etməsin. Sevmək və sevildiyini bilmək insana stimul verir. Yaşından, vaxtından, yerindən asılı olmayaraq, çalışın bu hissinizi ən yüksəkdə tutun. Bəziləri öz cılız ağlına görə, dediklərimi yozmasın ki, keçmiş həyatıma aiddir. Mənim üçün bu gün, övladım və sevdiklərim var, onlarla çox xoşbəxtəm. Şükür olsun Allahıma".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB