Məşhurların bilmədiyiniz xəstəlikləri FOTOLAR

Məşhurların bilmədiyiniz xəstəlikləri FOTOLAR

Dünya ulduzları kənardan problemsiz və xoşbəxt həyat tərzi yaşayan insanlar kimi görünür. SİA-nın hurriyyet.com-a istinadən verdiyi xəbərə görə, bu heç də belə deyil. Belə ki, səhhətlərində ciddi problem yaşayan bir çox tanınmış var.

Onların siyahısını sizlərə təqdim edirik:

Aktyor Charlie Sheen dörd ildir ki, HIV virusundan əziyyət çəkir.

Körpəliyindən böyrək displazisi ilə mübarizə aparan aktrisa Sarah Hyland atasının verdiyi böyrək köçürülməsi nəticəsində xəstəlikdən xilas olub.

Müğənni Miley Cyrus ürək ritminin pozulmasına səbəb olan atrial fibrilasyon xəstəsidir.

Həkimlər tərəfindən şəkərli diabet diaqnozu qoyulan aktrisa Halle Berry uzun illərdir ki, bu xəstəliklə mübarizə aparır.

Parkinson xəstəsi olduğunu 9 il gizləyərək karyerasına davam edən aktyor Michael J Fox 16 ildir ki, müalicə alır.

Futbolçu David Beckham obsesif kompülsif pozğunluğu və tourette sendromundan əziyyət çəkir.

Müğənni Selena Gomez lupus xəstəsi olduğu üçün kimya terapiyası qəbul edir.

Görmə qabiliyyətini itirməyə başlayan aktrisa Roseanne Barr bir müddət sonra kor olma təhlükəsi ilə yaşayır.

Basketbolçu Magic Johnson 22 il öncə HIV virusundan xilas olmaq üçün müalicə alır.

Aktyor Nick Jonas şəkərli diabet xəstəsidir.

Yaratdığı obrazlara görə tez-tez kilo alıb-verdiyi üçün şəkərli diabet xəstəliyindən əziyyət çəkən aktyorlardan biri də Tom Hanksdir.

Parkinson xəstəsi olan müğənni Linda Ronstadt hazırda da xəstəlikdən xilas olmaq üçün müalicə alır.

Bütün xəbərlər Facebook səhifəmizdə