Murat Dalkılıç dünyaya gəlməyən övladına ad qoydu FOTO

Murat Dalkılıç dünyaya gəlməyən övladına ad qoydu FOTO

Türkiyəli müğənni Murat Dalkılıç konsert verib. SİA-nın vatan.com saytına istinadən verdiyi xəbərə görə, sənətçi Uludağda 2 min tələbəyə unudulmaz gecə yaşadıb. 2 saat səhnədə çıxış edən ifaçının mahnıları alqışlarla qarşılanıb.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb: "Uşaqlığımdan iki peşənin sahibi olmaq istəmişəm. Onlardan biri basketbolçu, digəri isə müğənni olmaq olub. Nə yaxşı ki, müğənniliyi seçmişəm".

Murat şəxsi həyatı barədə də media mənsublarına açıqlama verib: "2015-ci ildə ailə qurduğum Merve Boluğurla hələ ki, uşaq fikirləşmirik. Əgər övladım olarsa, adını Uzay qoyacam".

Bütün xəbərlər Facebook səhifəmizdə