Aftandil İsrafilov: “Sevinirəm ki, 75 yaşımda “Şöhrət" ordeninə layiq görüldüm” AÇIQLAMA

Aftandil İsrafilov: “Sevinirəm ki, 75 yaşımda “Şöhrət" ordeninə layiq görüldüm” AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycanda musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə, Aftandil Eynulla oğlu İsrafilovun "Şöhrət" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Məsələ ilə əlaqədar olaraq səbəbkarın özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən ifaçı bunları deyib: "Sənətimə layiqincə qiymət verən, yaradıcılığımı izləyən Cənab Prezidentimiz İlham Əliyevə məni "Şöhrət ordeni"ilə təltif etdiyi üçün təşəkkür edirəm. Mənim üçün sevindirici haldır ki, 75 yaşımda bu ordenə layiq görüldüm. "Şöhrət ordeni"ni almaq üçün çox çalışmaq lazımdır. Xüsusi ilə qeyd edim ki, ansanbılımla dünyanın bütün ölkələrində anşlaqla konsert vermişəm. Daha sonra xalq artisti Zeynəb Xanlarova ilə dünyanın hər yerini gəzib, konsertlər keçirmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə