Prodüser Almaz Ələsgərovanı susdurdu QALMAQAL

Prodüser Almaz Ələsgərovanı susdurdu QALMAQAL

Əməkdar artist Almaz Ələsgərovanın müğənni Sevda Yahyayeva haqda xoşagəlməz sözlər deməsi ifaçının prodüsseri Pərviz Əsgərovu özündən çıxardıb. SİA-nın verdiyi xəbərə görə, prodüsser qalmaqallardan uzaq gəzməyə çalışsa da, bu dəfə əsəblərini cilovlaya bilməyib və Sevdanı müdafiə edib: "Sevda Yahyayeva 2004-cü ildən peşəkar səhnədə fəaliyyət göstərir. Teymur Göyçayevin rəhbərliyi altında orkestrla canlı konsert verib. Heydər Əliyev Sarayında, Yaşıl Teatrda verdiyi konsertlərdə anşlaq yaşanıb. Ölkədən kənarda kliplər, albomlar layihələr reallaşdırıb. Şükürlər olsun ki, heç biri uğursuz alınmayıb. Demək ki, səhnədə və gündəmdə qalmaq üçün əsrlər lazım deyil. Gəlin sizin və Sevda Yahyayevanın bu günə qədər olan fəaliyyətini yan-yana qoyaq. Fərqi özünüz görəcəksiz. Mən qalmaqal yaratmaq üçün bu fikirləri səsləndirmirəm. Ümumiyyətlə qalmaqala ehtiyacımız yoxdur. Sadəcə bundan sonra bizə qarşı kimsə hörmətsizlik etsə bunun cavabını artıqlamasıyla alacaq".

Qeyd edək ki, Almaz Ələsgərova Sevda Yahyayevanın ünvanına "Onun oxuması üçün əsrlər lazımdı" sözlərini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə